SURİYE’DE ENERJİ KARTI DAHA FAZLA DİKKAT ÇEKMEYE BAŞLIYOR!
Ekim 22, 2019
SURİYE: “BÜYÜK OYUN”DA İLK VE SON PERDE
Ekim 22, 2019

Türk Şurası nə ilə yadda qaldı?

 

 

 

 

 

 

 

 

 

 

Türk Şurası nə ilə yadda qaldı?

 

2009-cu ilin oktyabrın 3-də Naxçıvan Sazişinin imzalanması ilə təsis edilən Türk Şurasına üzv olmaq istəyən ölkələrin sayı artmaqdadır. Belə ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin daxil olduğu şuraya bu il Bakıda keçirilən VII Zirvə Görüşündə Özbəkistanın da daxil edilməsi ilə şuranın üzv dövlətlərinin sayı beşə çatmış oldu. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın da vurğuladığı kimi “Özbəkistanın Türk Şurasına üzv olması təşkilatı daha da gücləndirib. Macarıstanın Türk Şurasında müşahidəçi statusu isə əhəmiyyətli qazancdır”.

Türk Şurasının ölkəmizdə baş tutan tədbiri xüsusilə onu nümayiş etdirdi ki, buraya daxil olan ölkələr qarşılıqlı səy ilə məqsədlərinə çata bilərlər. Bunun üçün ölkələr arasında istər siyasi, istər iqtisadi, istərdə də humanitar, nəqliyyat-logistika sahəsində münasibətlərin inkişafı üçün lazım olan bütün imkanlar mövcuddur. Bundan əlavə TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası milli mənəvi dəyərlərimizin təbliğində əhəmiyyətli işlərə imza atmaqdadır.

Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında bir sıra mühüm məqamlara toxundu. Ölkəmizin başçısı bildirdi ki, Türkdilli dövlətlərlə əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan türkdilli ölkələr arasında inteqrasiya prosesində olduqca əhəmiyyətli rol oynayır. Eyni zamanda ölkəmizin başçısı çıxışında Azərbaycanın bu günə qədər əldə etdiyi uğurlar haqqında geniş şəkildə məlumat verdi. Azərbaycan enerji, nəqliyyat sektorunda artıq regional gücə çevrilməklə yanaşı, eyni zamanda qlobal layihələrdə də etibarlı tərəfdaş kimi dəyərləndirilir. Mühüm enerji layihələrində əgər əvvəllər Azərbaycan bir tranzit ölkə kimi görünürdüsə, hal-hazırda ölkəmiz Avropanın enerji xəritəsini müəyyən edən əsas iştirakçıya çevrilməkdədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarixə nəzər salaraq bildirdi ki, Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi türkdilli xalqların əlaqələrinin kəsilməsi baxımından düşünülmüş bir siyasət idi. Bununla da qeyd olundu ki, Ermənistan Dağlıq Qarabağı faktiki olaraq işğal altında saxlamaqla təkcə Azərbaycanın deyil, eyni zamanda bütün türk xalqlarının ortaq düşmənidir.

İlk dəfə deyil ki, ölkəmizin başçısı tarixi faktları belə mühüm əhəmiyyətli görüşlərdə geniş auditoriyaya çatdırır. Cənab Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri, eyni zamanda terroru dövlət siyasətinə çevirən Ermənistanın uğursuz siyasətini ifşa etmək üçün beynəlxalq tribunalardan məharətli şəkildə yararlanır. Bu geniş auditoriyalardan biri oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası idisə, digəri oktyabrın 11-də Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının iclası idi.

Politoloq Şəbnəm Həsənova

Bir cevap yazın